Qarğaların da insanlar kimi yüksək inkişaf etmiş həndəsi intuisiyaya malik olduqları ortaya çıxıb.
Manset.az xəbər verir ki, Almaniyanın "Tübingen" Universitetində aparılan araşdırmaya görə, qarğalar ekranda göstərilən həndəsi fiqurlar arasında kənar nöqtələri aşkar edə bilir və nizamlı, simmetrik formalara açıq meyl göstərirlər.
Tədqiqatda 10 və 11 yaşlı iki erkək qarğadan istifadə edilib. Onlara kompüter ekranında altı formadan birinin digərlərindən fərqləndirməyi tələb edən tapşırıqlar verilib. Qarğalar isə anomal formada dimdikləyərək cavab veriblər.
Tədqiqatçılar vurğulayırlar ki, qarğalar təkcə təlim yolu ilə deyil, birbaşa bioloji təkamül yolu ilə inkişaf etmiş həndəsi qavrayışa malikdirlər. Nəticələr göstərib ki, həndəsi qanunauyğunluq yalnız insanlara xas deyil və bu xüsusiyyət bəzi heyvanların dünyanı qavramasına da təsir edə bilər.
Yeganə