Ekran yorğunluğuna son - Gözlər üçün 20-20-20 qaydası

11:54 - 22 Aprel 2025

Ekran yorğunluğuna son - Gözlər üçün 20-20-20 qaydası

Kompüter qarşısında uzun müddət işləmək, saatlarla telefona baxmaq və ya pis işıqlandırılmış şəraitdə uzunmüddətli oxumaq gözlərə mənfi təsir göstərir.


Manset.az xəbər verir ki, bu cür fəaliyyətlər nəticəsində göz yorğunluğu, quruluq, bulanıq görmə, baş ağrısıdiqqət pozğunluğu kimi əlamətlər yarana bilər. Bu problemlərin qarşısını almaq üçün sadə, lakin təsirli bir üsul kimi tanınan 20-20-20 qaydası son illər getdikcə daha çox tövsiyə olunur.

20-20-20 qaydası nədir?

Bu qaydanın tətbiqi çox asandır:
Hər 20 dəqiqədən bir 20 saniyə ərzində 20 fut (təxminən 6 metr) uzaqlıqda yerləşən bir obyektə baxın.

Nəticədə göz quruluğu, yanması, baş, boyun ağrısı azalacaq, diqqətin itməsinin qarşısı alınır, göz ətrafında təzyiq və yorğunluq aradan qaldırılır. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv