Tədqiqat nəticəsində məlum olub ki, COVID-19-a yoluxmuş insanlar daha tez-tez xəstələnirlər. ABŞ-ın "Sent-Luis" Universitetinin alimləri belə qənaətə gəliblər.
Manset.az xəbər verir ki, alimlərin araşdırmasına görə, bir zamanlar COVID-19-a yoluxmuş insanlarda soyuqdəymə tez-tez baş verir və daha uzun müddət davam edir.
Bundan başqa, həmin şəxslərdə öskürək şiddətlənir və keçmir. Elm adamları bunun niyə baş verdiyini hələ dəqiq deyə bilmirlər
Tədqiqatçılar COVID-19-un selikli qişaları zədələyərək patogenlər üçün daha keçirici hala gəlib immunitet sisteminə uzunmüddətli mənfi təsir göstərə biləcəyi fikrini irəli sürüblər.
Yeganə