Əfsanəvi "Arka Sokaklar" serialında şok bir ayrılıq yaşanır.
Manset.az xəbər verir ki, Özlem Çınar 2006-cı ildən bəri "Aylin Komiser" obrazını canlandırdığı serialla vidalaşır. Bu həftə yayımlanacaq bölüm serialın fanatları üçün hüzünlü anlarla dolu olacaq.
Aylin Komiser əməliyyat zamanı sinəsindən aldığı güllə yarası ilə həyatını itirəcək və komanda ilə vidalaşacaq. Özlem Çınar 710-cu bölümə qədər serialda yer alacaq. İzləyicilər bu ayrılıqla bağlı duyğusal anlar yaşayacaqlar.