Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
Manset.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Binəqədi şosesi, metronun "Azadlıq prospekti" stansiyası istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;
4. Qara Qarayev prospekti, metronun "Qara Qarayev" stansiyasından "Koroğlu" stansiyası istiqamətində;
5. Sabunçu-Zabrat şosesi, metronun "Koroğlu" stansiyası istiqamətində;
6. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından metronun "Koroğlu" stansiyası istiqamətində (dairəyə qədər);
7. Babək prospekti, mərkəz istiqamətində;
8. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
9. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
10. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
11. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
12. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində sıxlıq müşahidə olunur.