“Başqasının geyiminə söz atanlar cərimələnməlidir”

22:44 - 20 Aprel 2025

“Başqasının geyiminə söz atanlar cərimələnməlidir”

Aparıcılar Aytən Səfərova ilə Mehman Rəsulov maraqlı açıqlamalar verib.


Manset.az Olay-a istinadən xəbər verir ki, bu barədə onlar “Xəbər ertəsi” verilişində danışıblar.

M. Rəsulov deyib ki, cəmiyyət içində yüksək səslə danışanlar cərimələnməlidir.

Həmkarının fikirlərini təsdiqləyən A. Səfərova isə bu hallara da cərimə tətbiq olunması ilə bağlı fikrini irəli sürüb:

“Ağsaqal və ağbirçəklərə “sən” deyə müraciət edirlər. Tanımadığı insanlara belə müraciət edənlər cərimələnməlidir. Bu, mədəniyyətsizlikdir. Bakı həmişə mədəni şəhər olub. Axır illər Bakıya nə olub? Başqasının geyiminə görə söz atanlara və kəm baxanlara cərimə tətbiq olunmalıdır. Biz dünyəvi dövlətdə yaşayırıq. Kim nə istəyirsə, onu da geyinə bilər. Öz gözünə, nəfsinə hakim ola bilmirsənsə, bunun başqasına heç bir aidiyyatı yoxdur. Bəlkə bu sənin də bir sınağındır. Paltara irad tutanlar, yazılmayan qadağalar qoyanlar birbaşa 500 manat cərimələnsin”.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv