"Yalan məlumatı ilk kim yayıb onu məhkəməyə verəcəm" -  Şərurlu İsfəndiyar

13:45 - 20 Aprel 2025

\"Yalan məlumatı ilk kim yayıb onu məhkəməyə verəcəm\" -  Şərurlu İsfəndiyar

 İş adamı Şərurlu İsfəndiyarın oğlu Şahin Axundovun həbsi ilə bağlı xəbər yayılmışdı. Sonradan bu xəbər təkzib edildi və onun həbs edilmədiyi məlum oldu.


Manset.az yayılan yanlış xəbərlə bağlı iş adamı İsfəndiyar Axundovla əlaqə saxlayıb. O, açıqlamasında belə məlumat yayanları qınayıb:

"Əlbəttə, məlumatlar yalandır.  Bu xəbəri ilk kim yayıbsa, məhkəməyə verəcəyəm, qanun qarşısında cavab verəcək. İş adamı kimi mənim nüfuzuma zərbə dəyib. Ona görə də məhkəməyə verəcəyəm, qanun qarşısında cəzalansın!"



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv