İnsan ölümləri daha çox bu fəsildə baş verir - XƏBƏRDARLIQ

12:30 - 19 Aprel 2025

İnsan ölümləri daha çox bu fəsildə baş verir - XƏBƏRDARLIQ

Yaz fəslində havaların isinməsi və atmosfer təzyiqinin dəyişməsi bəzi ürək-damar problemlərinin yaranmasına və ya mövcud xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər.Xüsusilə, yüksək  və aşağı qan təzyiqi, ürək çatışmazlığı və ürək ritm pozğunluqları olan insanlar bu dövrdə daha diqqətli olmalıdırlar.


Manset.az Xəzər TV-yə istinadən xəbər verir ki, həkim-terapevtlər bildirirlər ki, gün ərzində temperaturun kəskin enib-qalxması damarların daralıb-genişlənməsinə təsir edir və bu, qan təzyiqinin qeyri-sabit olmasına səbəb ola bilər.  Eyni zamanda yazda polen və tozların artması tənəffüs yollarına təsir edə bilər. Bu isə qan dövranını çətinləşdirərək ürəyin yükünü artırır.

Həkim-terapevt Rasif Bağırov deyir ki, sözügedən xəstəlikdən əziyyət çəkən şəxslər yaz fəsli daxil olmamışdan qabaq profilaktik müalicəyə üz tutmalıdırlar.

O, əlavə edib ki,  temperatur artdıqca bədəndə maye itkisi artır. Bu, həm yüksək, həm də aşağı təzyiq problemi olan insanlara mənfi təsir edə bilər.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv