Aparılan yeni araşdırmaya görə, duzdan yüksək miqdarda istifadə edilməsi xüsusilə qadınlarda piylənmə riskini artırır.
Manset.az xəbər verir ki, Avropa Obezite Konqresində (ECO 2025) təqdim olunacaq araşdırma duz istehlakı ilə piylənmə arasında güclü əlaqə barəsindədir.
Tədqiqat Finlandiya Sağlamlıq və Rifah İnstitutundan Annika Santalahti və onun komandası tərəfindən aparılıb.Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, piylənmə bədən kütləsi indeksinin (BKİ) 30 kq/m² və yuxarı olması kimi müəyyən edilir. Abdominal piylənmə daxili orqanlar ətrafında artıq yağ yığılması ilə ölçülür və daha çox ürək-damar xəstəlikləri riski daşıyır.
Yeganə