- Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) İxtisasartırma və Kadrların İnkişaf Mərkəzinin açılışı olub.
- Manset.az xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirdə AƏSMA-nın rektor vəzifəsini müvəqqəti icra edən Yusif Ağayev Mərkəzin həmkarlar ittifaqları üzvlərinin bilik və bacarıqlarının artırılması, keyfiyyətli təlim xidmətlərinin həyata keçirilməsi və əmək bazarının tələblərinə uyğun kadr hazırlığı məqsədilə yaradıldığını bildirib, Mərkəzdə yaradılmış şərait barədə məlumat verib.
AHİK-in
Aparat rəhbəri Həsən Cəfərov isə Mərkəzin müasir tələblərə cavab verdiyini, səmərəli
fəaliyyətinin kadrların ixtisas və hazırlıq səviyyəsinin artırılmasında, yeni
layihələrin hazırlanmasında əhəmiyyətini vurğulayıb, Mərkəzin işinə uğurlar
arzulayıb.
AƏSMA-nın
beynəlxalq əlaqələr üzrə prorektoru Xəyalə Məmmədova, Sosial iş fakültəsinin
dekanı Nurəngiz Mikayılova, Həmkarlar ittifaqları kadr və fəalların
ixtisasartırma və yenidən hazırlanması şöbəsinin müdiri Səadət Əliyeva çıxış edərək İxtisasartırma və Kadrların İnkişafı Mərkəzində
əmək hüquqları, əməyin təhlükəsizliyi, yeni iş metodları kimi aktual mövzularda
təlimlərin təşkil olunacağını bildiriblər.
Qeyd
olunub ki, Mərkəzdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatlarının,
eləcə də dövlət qurumlarının, özəl sektorun sifarişi əsasında peşəkar təlimlərin
keçirilməsi, ixtisasartırma kurslarının təşkili nəzərdə tutulur.
Təlimlərin
interaktiv, real iş keysləri, praktiki tapşırıqlar formatlarında aparılması, təlimçi
olaraq müxtəlif sahələr üzrə təcrübəli mütəxəssislərin, beynəlxalq
akkreditasiyalı ekspertlərin və mentorların cəlb edilməsi planlaşdırılır.