Bağçada işləyən bu şəxslərin NƏZƏRİNƏ

11:19 - 08 Aprel 2025

Bağçada işləyən bu şəxslərin NƏZƏRİNƏ

Bu gündən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində daimi əsaslarla işləyən tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsinə start verilir.


Manset.az xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən tərbiyəçi-müəllimlər aprelin 8-dən 14-dək müvafiq ərizə formasını dolduraraq BŞTİ-yə təqdim etməlidirlər.

Yerdəyişmə üçün müraciət edən tərbiyəçi-müəllim təqdim olunan vakant yerlərdən maksimum 3-nü seçə bilər.

İştirakçılar ərizəyə aşağıdakı sənədləri əlavə etməlidirlər:

- Yaşayış yerinin (rayonu, şəhəri) dəyişməsinə dair müvafiq təsdiqləyici sənəd (arayış);

- Şəxsiyyət vəsiqəsinin surəti;

- İşlədiyi məktəbəqədər təhsil müəssisəsində daimi əsaslarla tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul olunması haqqında əmrdən çıxarış (müəssisənin möhürü ilə təsdiq edilməlidir);

- Əmək kitabçasının surəti (müəssisənin möhürü ilə təsdiq edilməlidir);

- Diplomun surəti;

- Şəhid ailə üzvü olduğu halda həmin sənədin surəti.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv