Transferdən İMTİNA ETDİLƏR 

16:31 - 30 Aprel 2025

Transferdən İMTİNA ETDİLƏR 

Hazırda "Qalatasaray"ın formasını geyinən Viktor Osimhenin hansı komandaya transfer olacağı naməlum olaraq qalır. Dünyanın bir çox klubları "Mançester", "Çelsi", "Yuventus" və digər nəhəng futbol komandaları futbolçunu transfer etmək istəyir. 


Manset.az-ın əldə etdiyi məlumata görə, artıq İngiltərənin "Mançester Yunayted" FK V. Osimhenin transferini dondurub. Aydın olur ki, Osimheni transfer etməyəcəklər. Bu xəbəri "Qalatasaray" üçün xoş xəbər hesab etmək olar. Artıq "Qalatasaray"ın rəsmi nümayəndələri bu xəbəri aldıqdan sonra daha sürətli hərəkət etməyə başlayıblar.

Qeyd edək ki, V.Osimhenin transfer dəyəri 75 milyon avro, özünün maaş tələbi isə illik 15 milyon avrodur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv