Xabi Alonso qərarını verdi  

21:49 - 29 Aprel 2025

Xabi Alonso qərarını verdi  

Xəbər verdiyimiz kimi, "Real" Xabi Alonsonu komandaya baş məşqçi təyin etməyə yaxındır.


Manset.az xəbər verir ki, bu təyinatla bağlı yeni detallar ortaya çıxıb.

İspaniyalı mütəxəssis qarşıdan gələn klublararası dünya çempionatında “kral klubu”na rəhbərlik etmək istəmir. O, hələlik komanda haqda ətraflı məlumat toplamaq, növbəti mövsümdən işə başlamaq niyyətindədir.

Bildirilir ki, Madrid təmsilçisinə müvəqqəti olaraq Santyaqo Solari (“Real”ın direktoru ) rəhbərlik edəcək.

Qeyd edək ki, uzun müddətdir "Real"ın baş məşqçisi Karlo Ançelottini vəzifəsindən göndərəcəyi haqda xəbərlər yayılıb. Mütəxəssis özü də komandadan ayrılaraq Braziliya millisini çalışdırmaq niyyətindədir. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv