Türkiyə futbolunun tanınmış məşqçisi, 51 yaşlı Okan Buruk "Qalatasaray"ın baş məşqçisi olaraq, Super Liqada 300-cü matçını idarə edərək, Türkiyə futbolu tarixinə düşüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, o, bu müddət ərzində 160 qələbə qazanaraq, Super Liqa tarixində ən çox qələbə qazanan üçüncü məşqçi olub.
Ondan daha çox qələbə qazanan iki məşqçi var: Fatih Terim 300 matçda 180 qələbə ilə birinci, Mustafa Dənizli isə 175 qələbə ilə ikinci yerdədir.