“Qarabağ”dan Qurbanovun Bəhlulla görüşməməsi barədə  AÇIQLAMA

13:28 - 28 Aprel 2025

“Qarabağ”dan Qurbanovun Bəhlulla görüşməməsi barədə  AÇIQLAMA

Xəbər verdiyimiz kimi, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ötən gün çempion olduqları “Sabah”la matçdan sonra paltardəyişmə otağında futbolçularla görüşərək onları təbrik etsə də, müdafiəçi Bəhlul Mustafazadə ilə görüşməyib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, klubun Mətbuat xidmətinin rəhbəri Anar Hacıyev saytımıza açıqlamasında məsələyə bu cür aydınlıq gətirib: “Hər hansı problem yoxdur. Komanda daxilində baş məşqçi Qurban Qurbanov və futbolçular arasında qarşılıqlı hörmət və inam var. Həmin məqama gəldikdə, Q. Qurbanov klubun bəzi işçiləri və futbolçuları ilə stadionda təbrik etdiyi üçün onlarla ikinci dəfə paltardəyişmə otağında görüşməyib. Bəhlulla da ona görə görüşməyib. Həmçinin futbolçu həmin vaxt əlindəki sarğını açırdı. Yəni baş məşqçimiz və futbolçular arasında hansısa problem yoxdur. Hər zaman komanda daxilində ab-hava yüksək olub, baş məşqçi ilə futbolçular arasında da isti münasibət var”.

***

09:16

Xəbər verdiyimiz kimi, “Qarabağ” Azərbaycan Premyer Liqasında 2024/2025-ci illər mövsümünün çempionu olub.


Manset.az xəbər verir ki, “Sabah”la 32-ci turdan 1:1-lik heç-heç edərək qızıl medallara sahib çıxan Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov matçdan sonra paltardəyişmə otağında futbolçularını təbrik edib. 

Həmin vaxt diqqətçəkən məqam isə Q.Qurbanovun bütün futbolçularla əl verib görüşdüyü halda müdafiəçi Bəhlul Mustafazadə ilə görüşməməsi olub. 

Görüntülərdə B.Mustafazadənin də buna əsəbləşdiyi diqqət çəkir. 

Baş verənlər sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv