“Liverpul” bu gün 20-ci çempionluğunu qazana bilər

11:51 - 27 Aprel 2025

“Liverpul” bu gün 20-ci çempionluğunu qazana bilər

İngiltərə Premyer Liqasının XXXIV turunda “Tottenhem”i qəbul edəcək. “Liverpul"a 20-ci çempionluğunu qazanmaq üçün 1 xal da yetərlidir.


Manset.az xəbər verir ki, “Enfild”də baş tutacaq matçı baş hakim Tomas Bremell idarə edəcək.

“Liverpul” liqada 19 titula sahibdir. Sonuncu çempionluq 2019/2020 mövsümündə Yurgen Kloppun başçılığı altında qazanılıb. Bugünkü oyunda qələbə və ya heç-heçə ilə Mersisayd təmsilçisi nəinki çempion olacaq, həm də bu göstəricidə əzəli rəqibi “Mançester Yunayted”lə bərabərləşəcək. “Qırmızı şeytanlar” sonuncu – 20-ci titulu Aleks Ferqyusonun dövründə – 2012/2013 mövsümündə qazanıb.

“Liverpul” – “Mançester Yunayted” qarşıdurması İngiltərə futbolunun ən vacib rəqabətlərindən biridir. Son illərdə “Liverpul” kuboklar baxımından “Mançester Yunayted”i geridə qoyaraq İngiltərənin ən titullu klubu ünvanını özünə qaytarıb. Mersisaydlıların hazırda 19 İngiltərə çempionluğu və 6 avrokubok da daxil olmaqla 68 kuboku, “Mançester Yunayted”in isə 67 mükafatı var. Beləliklə, “Liverpul” XX əsrin böyük bir hissəsində əldə etdiyi tarixi üstünlüyü bərpa edib.

Arne Slotun yetirmələri 33 oyuna 79 xal qazanıblar. Onların ən yaxın təqibçisi Mikel Artetanın rəhbərlik etdiyi “Arsenal”dır – 34 oyuna 67 xal.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv