“Fənərbaxça”dan səfər qələbəsi 

22:15 - 26 Aprel 2025

“Fənərbaxça”dan səfər qələbəsi 

Türkiyə Super Liqasında XXXIII tur davam edir.


Manset.az xəbər verir ki, bu gün "Fənərbaxça" meydana çıxıb.

Komanda "Qaziantep"in qonağı olub.

Matçda 4 qol vurulub. Oyunda hesabı meydan sahibləri açıb. Aleksandru Maksim fərqlənib.

Lakin İstanbul təmsilçisi ikinci yarıda üstünlüyü ələ alıb. 5 dəqiqəyə 3 top vuran "Fənərbaxça" Talişka, Edin Ceko və Fredin qolları ilə qələbə qazanıb.

Bununla da, "sarı-lacivərdlilər" "Qalatasaray"la xal fərqini yenidən 2-yə endirib.

Türkiyə Super Liqası

XXXIII

"Qaziantep" - "Fənərbaxça" 1:3

"Sivasspor" - "Antalyaspor" 2:0

"Bodrumspor" - "Samsunspor" 1:2


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv