Güləşçilərimiz Türkmənistanda 3 medal qazandı

17:51 - 26 Aprel 2025

Güləşçilərimiz Türkmənistanda 3 medal qazandı

Azərbaycan idmançıları Türkmənistanın Aşqabad şəhərində kəmər güləşinin koreş və alış növləri üzrə keçirilən "A" kateqoriyalı beynəlxalq turnirdə bir gümüş və iki bürünc medal qazanıb.


Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Milli İdman Növləri Assosasiyası məlumat yayıb.

Azərbaycan təmsilçilərindən Ariz Hüseynov 68 kq-da koreş yarışında üçüncü olub. Həmçinin idmançı 70 kq çəki dərəcəsində alış növü üzrə yarışıb və bu dəfə ikinci yeri tutub. Alış növü üzrə yarışan Fidan Hüseynova (60) da bürünc medal sahibi olub.

Qeyd edək ki, turnirdə 14 ölkədən 170-dən çox idmançı iştirak edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv