"Çelsi"dən futbolçuya ikiqat maaş təklifi

16:27 - 26 Aprel 2025

\"Çelsi\"dən futbolçuya ikiqat maaş təklifi

Çelsi" Dortmund "Borussiya"sının futbolçusu Ceymi Bynoe-Gittensi transfer etməyə xüsusi maraq göstərir.


Manset.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat yayıb.

Bildirilib ki, hazırda tərəflər arasında danışıqlar aparılır. London klubu 20 yaşlı cinah oyunçusunun maaşını ildə 3 milyon avrodan 6-7 milyon avroya qədər artırmağa hazırdır. "Borussiya" isə Ceymini satmağa müsbət yanaşır. Klub 50-60 milyon avroluq təklifləri nəzərdən keçirəcək.

Bu mövsüm hücumçu bütün turnirlərdə 44 matçda iştirak edib, 12 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv