Real Barselona ilə məşqə çıxmaqdan imtina etdi

22:19 - 25 Aprel 2025

Real Barselona ilə məşqə çıxmaqdan imtina etdi

İspaniya Kral Kubokunun final matçından öncə qalmaqal yaşanıb.


Manset.az xəbər verir ki, "Real" oyunöncəsi məşqə çıxmaqdan imtina edib.

Buna səbəb "kral klubu"nun qarşılaşmanın hakimləri Rikardo De Burqos və Pablo Qonzalesin dəyişdirilməsini istəməsidir.

Madridlilər həmçinin mətbuat konfranslarını və finala qədər olan bütün tədbirləri ləğv etdiklərini açıqlayıblar.

Qərarın hakimlərin "Real"a qarşı ifadələri ilə bağlı olduğu bildirilir. Belə olan halda oyunun baş tutması da sual altına düşüb.

Qeyd edək ki, Kral Kubokunun finalında "Real" "Barselona" ilə qarşılaşacaq. Görüş aprelin 27-də baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv