"Nürnberq"in (Almaniya) futbolçusu Yulian Yustvan komanda yoldaşı Mahir Emreli barədə fikirlərini bildirib.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, 27 yaşlı alman yarımmüdafiəçi Bundesliqanın 30-cu turunda "Paderborn"a qarşı matçda (2:3) M.Emreliyə hər iki qolun ötürməsini edib.
O, "Clubfokus" saytına açıqlamasında deyib ki, azərbaycanlı futbolçunun əla oyunçu keyfiyyətləri var: " Aydındır ki, əgər o, diqqətini cəmləsə və hər şeyini ortaya qoysa, bizə çox kömək edə bilər".
M.Emrelinin "Nürnberq"lə müqaviləsi bu mövsümün sonu başa çatır. Yulian Yustvan bu haqda danışarkən bildirib: "Mən onun qalmasını istəyirəm".