Bu gün Azərbaycan kubokunda yarımfinal görüşlərinin cavab oyunlarına start verilib.
Manset.az xəbər verir ki, "Sabah" doğma meydanda "Neftçi"ni qəbul edib.
Tərəflər arasındakı ilk görüş Masazır təmsilçisinin qələbəsi ilə yekunlaşmışdı - 2:1.
Gərgin keçən qarşılaşmada qalib müəyyənləşməyib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Bu nəticə ilə "Sabah" adını final mərhələsinə yazdırıb.
"Neftçi" isə kubokla vidalaşıb.
“Sabah” finalda “Qarabağ”la qarşılaşacaq.