İngiltərə Premyer Liqasının nəhəng klublarından olan "Mançester Yunayted"in "Qalatasaray"ın hücumçusu Viktor Osimhenin transferi üçün hərəkətə keçdiyi iddia olunub.
Manset.az-ın əldə etdiyi məlumata görə, İngiltərə klubu Osimhenə illik 11 milyon avrodan çox maaş təklif edir.
Bildirilib ki, klub onun transferi üçün "Napoli"yə 75 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Viktor Osimhen 2023/24 mövsümünün əvvəlində "Qalatasaray"da "Napoli"dən icarəyə götürülmüşdü. Ulduz bu mövsüm sarı-qırmızılı formanı 34 oyunda geyinərək, 29 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Yaxın günlərdə yekun qərarın veriləcəyi gözlənilir.