"Barselona" klubu, hazırda "Mançester Yunayted"in formasını geyinən Markus Reşfordu heyətinə qatmaq istəyir.
Manset.az İspan mətbuatına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 34 milyon funt sterlin (təxminən 40 milyon avro) dəyərində transfer təklifi üzərində işləyir.
Yanvar ayında "Aston Villa"ya icarəyə verilən Reşford burada formasını bərpa etməyə nail olub. 27 yaşlı hücumçu, "Aston Villa" formasında çıxış etdiyi 16 oyunda 3 qol və 6 asistlə yadda qalıb. Xüsusilə də PSJ-yə qarşı Çempionlar Liqasının dörddəbir final mərhələsində göstərdiyi oyun, onun yenidən Avropanın böyük klublarının diqqətini çəkməsinə səbəb olub.
"Barselona" Reşfordun "Aston Villa" ilə qeyri-müəyyən gələcəyindən yararlanmaq istəyir.