Şimali Amerika nüfuzlu “Sportico” nəşri tarixdə ən yüksək qazanc əldə etmiş idmançıların siyahısını dərc edib.
Manset.az QOL.az-a istinadən xəbər verir ki, siyahıya əfsanəvi boksçu Maykl Cordan başçılıq edir.
Qeyd edək ki, reytinq inflyasiyalar nəzərə alınmaqla təqdim olunub.
Tarixdə ən çox qazanan 10 idmançı:
1. Maykl Cordan (basketbol) — 4,15 milyard dollar
2. Tayqer Vuds (qolf) — 2,79 milyard dollar
3. Kriştiano Ronaldo (futbol) — 2,23 milyard dollar
4. Lebron Ceyms (basketbol) — 1,88 milyard dollar
5. Lionel Messi (futbol) — 1,85 milyard dollar
6. Arnold Palmer (qolf) — 1,82 milyard dollar
7. Cek Niklaus (qolf) — 1,75 milyard dollar
8. Devid Bekhem (futbol) — 1,61 milyard dollar
9. Rodcer Federer (tennis) — 1,59 milyard dollar
10. Floyd Meyvezer (boks) — 1,52 milyard dollar