UEFA "Legiya" və "Tsele"ni cərimələyib.
Manset.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Polşa klubu azarkeşlərin Konfrans Liqasının 1/4 final mərhələsinin ilk oyunlarında "Çelsi" ilə matçda fişənglərdən istifadə etməsinə görə 80 min avro, uyğun olmayan şüarlar səsləndirməyə görə isə əlavə 20 min avro cərimə ödəməlidir. Bundan əlavə, "Legiya" avrokuboklarda iki ev oyununu tribunaların bir hissəsi qismən bağlı şəkildə olaraq keçirməlidir.
"Tsele" isə 36 min avro məbləğində cərimələnib. Sloveniya təmsilçisinin azarkeşləri Konfrans Liqasının sözügedən mərhələsində "Fiorentina" ilə matçda pirotexniki vasitələrdən istifadə edib və meydançaya kənar əşyalar atıblar.