"Barselona"da ciddi itki

18:26 - 20 Aprel 2025

\"Barselona\"da ciddi itki

"Barselona"nın futbolçusu Robert Levandovski zədələnib.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, polşalı hücumçu La Liqanın son turunda ötən gecə "Selta" ilə oyunda (4:3) sıradan çıxıb.

Klubun mətbuat xidmətinin bu gün yaydığı açıqlamada 36 yaşlı forvardın sol bud nahiyəsindən zədə aldığı bildirilib. Qeyd olunub ki, futbolçunun sıraya dönməsi sağalma prosesindən asılıdır. 

Tanınmış insayder Fabritsio Romano isə sosial şəbəjə hesablarındakı paylaşımında bildirib ki, "Barselona" Levansovskinin 3 həftə oynamayacağını proqnozlaşdırır. Onun aprelin 30-da Çempionlar Liqasının yarımfinalının "İnter"lə ilk oyunda iştirak etməyəcəyi gözlənilir.

Qeyd edək ki, "Barselona"nın əsas qol silahlarından olan Levandovski bu mövsüm Kataloniya klubunda 48 oyuna 40 qol vurub, 3 qol ötürməsi edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv