16 ildən sonra Türkiyə Super Liqasına yüksəldilər

14:07 - 20 Aprel 2025

16 ildən sonra Türkiyə Super Liqasına yüksəldilər

Yeni mövsüm üçün Türkiyə Super Liqasına vəsiqə qazanan ilk komanda bəlli olub.


Manset.az  Qafqazinfo-ya istinadən xəbər verir ki, “Kocaelispor” 1-ci liqada sona 3 tur qalmış bunu bacarıb. 

Komanda növbəti turların nəticələrindən asılı olmayaraq, çempionluğu təmin edib və elitaya vəsiqə qazanıb.

“Kocaelispor” sonuncu dəfə 16 il əvvəl - 2008/2009 mövsümündə Super Liqada çıxış edib.

Həmin mövsüm Azərbaycan milli komandasının sabiq kapitanı, hazırda “Zirə”nin baş məşqçisi olan Rəşad Sadıqov da “Kocaelispor”da oynayıb.

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan da “Kocaelispor”u 16 ildən sonra Super Liqaya yüksəldiyi üçün təbrik edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv