"Qarabağ" - "Neftçi" oyununda azarkeş sayına görə göstərici

11:57 - 20 Aprel 2025

\"Qarabağ\" - \"Neftçi\" oyununda azarkeş sayına görə göstərici

Misli Premyer Liqasının XXXI turunun “Qarabağ” – “Neftçi” oyununu (3:0) 7200 tamaşaçı izləyib.


Manset.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşən matçda mövsümün ikinci göstəricisi qeydə alınıb.

Yalnız bu komandalar arasında XXIII turun görüşündə daha çox seyrçi olub.

“Neftçi Arena”da baş tutan “Neftçi” – “Qarabağ” qarşılaşmasını (0:1) 9355 tamaşaçı izləyib.

Maraqlıdır ki, mövsümün 3-cü göstəricisi də Azərbaycan derbisinə məxsusdur. XV turun “Neftçi Arena”da keçirilən “Neftçi” – “Qarabağ” (0:3) oyununda 7069 tamaşaçı olub.

Qeyd edək ki, seyrçi sayında 4-cü nəticə IX turun “Sumqayıt” – “Qarabağ” matçına (0:1) məxsusdur. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda reallaşan görüşdə 7000 tamaşaçı qeydə alınıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv