Misli Premyer Liqasının XXXI turunda "Sabah" "Səbail"ə qalib gəlib.
Manset.az xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən oyunda "bayquşlar" 3:2 hesablı qələbə qazanıblar.
Turnir cədvəlində "Sabah" 39 xalla beşincidir. "Səbail" isə 20 xalla sonuncu – onuncu pillədə qərarlaşıb.