“Araz-Naxçıvan” Azərbaycan çempionatlarında 100-cü qolunu vurdu

11:43 - 19 Aprel 2025

“Araz-Naxçıvan” Azərbaycan çempionatlarında 100-cü qolunu vurdu

“Araz-Naxçıvan” Azərbaycan çempionatlarında 100-cü qolunu vurub.

Manset.az xəbər verir ki, bu, Misli Premyer Liqasının XXXI turuna təsadüf edib.

“Turan Tovuz”la ev görüşündə (1:1) vurulan top Naxçıvan təmsilçisi üçün yubiley xarakteri daşıyıb. Bu, qola İssuf Paro imza atıb.

“Araz-Naxçıvan” 100-cü qola 109-cu oyunda çatıb. Bu qollardan 54-ü evdə, 46-sı səfərdə vurulub.

Qeyd edək ki, Naxçıvan klubu ölkə çempionatları tarixində 100 və daha çox qola imza atan 33-cü komandadır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv