Almaniya "Union"u müdafiəçisi Kristofer Trimmellə müqaviləsini uzadıb.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
38 yaşlı avstriyalı ilə müqavilə 2025/26 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Trimmel 2014-cü ildən "Union"da çıxış edir. Bu mövsüm komandanın kapitanı 22 oyun keçirib.