Luka Modriç "Real"da yeni rekorda imza atıb.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının saytına istinadən xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi Madrid klubunun heyətində Çempionlar Liqasında ən çox oyuna çıxan futbolçu olub.
Onun rekordu 1/4 finalın "Arsenal"la cavab matçında (1:2) qeydə alınıb. Bu, 39 yaşlı futbolçunun "Real"ın formasında ÇL-də 134-cü matçı kimi tarixə düşüb. O, "Real"ın sabiq hücumçusu Kərim Benzemanı (133) geridə qoyub.
Qeyd edək ki, Luka Modriçin "Real"la hazırkı müqaviləsi bu ilin iyun ayına qədərdir. Xorvatiyalı futbolçu bu mövsüm komandasının heyətində 46 matça çıxaraq 4 qol vurub və 7 qolun ötürməsini edib.