“Nazirlik bizə dəstək olmalıdır” - Lamiyə ərindən danışdı

14:06 - 17 Aprel 2025

“Nazirlik bizə dəstək olmalıdır” - Lamiyə ərindən danışdı

Dördqat dünya və ikiqat Paralimpiya çempionu para-atlet Lamiyə Vəliyeva həyat yoldaşı Tembo Con Monarenq haqqında açıqlama verib.


Manset.az Futbolinfo.az-a istinadən xəbər verir ki, Lamiyə bu barədə müsahibəsində danışıb:

“Həyat yoldaşım Tembo Con Monarenq Cənubi Afrikadandır. Hardasa 5-6 ay olar bura gəlib. O, həqiqətən də potensialı olan atletdir. Mən istərdim ki, o, Azərbaycanı təmsil etsin. Bunun üçün də Gənclər və İdman Nazirliyi bizə dəstək olmalıdır. Hazırda bu istiqamətdə bir az problemlər var. Bu problem həll olunsa, o, Azərbaycana çox medallar gətirə bilər. Bu istedadla Avropa və dünya çempionatlarında, həmçinin Olimpiadalarda iştirak edə bilər.

Mən yenə də mübarizə aparacağam. Ən yaxşı nəticəsi 100 metri 10,17 saniyəyə qaçıb. Özü də bu nəticəni 19 yaşında göstərib. 2018-ci ildə yeniyetmələr arasında dünya çempionatında 4-cü yeri tutub. Orada 100 metri 10,23 saniyəyə qət edib, sonra dediyim kimi onu 10,17-yə qaldırıb. İnanıram ki, həyat yoldaşım 10 saniyədən çıxa bilər. Ona köməklik göstərilsə, bu nəticəni əldə edəcəyinə ümid edirəm. Sadəcə, idman pasportu almalıdır. Bunu əldə etsə, bizi təmsil edə bilər. Son beynəlxalq yarışı Çenqduda keçirilən Universiada olub. Orada estafet yarışında Cənubi Afrika millisi ilə 3-cü yeri tutub. Təəssüf ki, orada ona 100 metrlik məsafəyə qaçış yarışına qatılmağa imkan yaratmadılar.”

L.Vəliyeva futbola olan münasibətindən söz açıb və “Mançester Siti”yə həyat yoldaşına görə azarkeşlik etdiyini bildirib: “Mançester Siti”yə həyat yoldaşıma görə azarkeşlik edirəm. Çünki o bu klubun fanatıdır.  Amma özüm həmişə “Real”ı dəstəkləmişəm. Kriştianu Ronaldoya simpatiyam olub. İndinin özündə həm Ronaldoya, həm də Messiyə böyük hörmətim var”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv