Avropa Liqasında yarımfinalçılar bəlli olur

09:21 - 17 Aprel 2025

Avropa Liqasında yarımfinalçılar bəlli olur

UEFA Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.


Manset.az xəbər verir ki, bu gün gerçəkləşəcək matçlardan sonra yarımfinalın bütün iştirakçıları müəyyənləşəcək.

“Mançester Yunayted” evdə “Lion”u qəbul edəcək, “Tottenhem” səfərdə “Ayntraxt”ın qonağı olacaq.

“Latsio” evdə “Budyo Qlimt”lə, “Reyncers” isə İspaniyada “Atletik”lə üz-üzə gələcək.

UEFA Avropa Liqası

1/4 final mərhələsi, cavab oyunları

23:00. “Ayntraxt” (Almaniya) - “Tottenhem” (İngiltərə) (ilk oyun - 1:1)

23:00. “Mançester Yunayted” (İngiltərə) - “Lion” (Fransa) (ilk oyun - 2:2)

23:00. “Atletik” (İspaniya) - “Reyncers” (Şotlandiya) (İlk oyun - 0:0)

23:00. “Latsio” (İtaliya) - “Budyo Qlimt” (Norveç) (ilk oyun - 0:2)

Qeyd edək ki, UEFA Avropa Liqasının yarımfinal mərhələsinə mayın 1-də start veriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv