"Sevilya" baş məşqçisini istefaya göndərdi

17:14 - 13 Aprel 2025

\"Sevilya\" baş məşqçisini istefaya göndərdi

"Sevilya" baş məşqçisi Qarsia Pimyentanı istefaya göndərib.

Manset.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

La Liqanın XXXI turunda "Valensiya"ya 0:1 hesablı məğlubiyyəti ardıcıl 4-cü olub və baş məşqçi ilə yolların ayrılması qərara alınıb. 50 yaşlı mütəxəssis ötən yaydan komandanı çalışdırırdı. O, Əndəlus klubunun "sükanı arxasında" 34 oyun keçirib və bu görüşlərin cəmi 11-də qələbə qazanıb.

Qeyd edək ki, "Sevilya" 31 turdan sonra 36 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. Q.Pimyenta “Sevilya”ya qədər İspaniyada “Las Palmas”ı və “Barselona”nın əvəzedicilərini çalışdırıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv