Klopp bu tarixdə "Liverpul"a qayıdır 

12:12 - 09 Aprel 2025

Klopp bu tarixdə \"Liverpul\"a qayıdır 

"Liverpul"un sabiq baş məşqçisi Yürgen Klopp keçən mövsümdən bəri ilk dəfə İngiltərəyə qayıdacaq.


Manset.az Fanat.az-a istinadən
 xəbər verir ki,  Klopp gələn ay, konkret, mayın 23-də "Liverpool Cathedral" fondunun təşkil etdiyi qala-ziyafətdə qonaq olacaq.

57 yaşlı almaniyalı həm də “Enfild”də Premyer Liqanın son ev oyununda “Kristal Pelas”la oyuna dəvət alıb. 

Alman mütəxəssis səkkiz ildən artıq çalışdırdığı "Liverpul"u 2024-cü ilin yayında tərk edib. O, mersisaydlıların sükanı arxasında Çempionlar Liqasını (2018/19) və son 30 ildə ilk dəfə çempionluq da daxil olmaqla, 8 kubok qazanıb. 

Kloppun gedişindən sonra "Liverpul" yenə İngiltərə çempionu ola bilər. "Liverpul" 31 oyundan sonra 73 xalla liqaya başçılıq edir və ikinci yerdə olan "Arsenal"ı 11 xal qabaqlayır .


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv