Millimiz qələbəni son dəqiqədə əldən verdi

23:50 - 08 Aprel 2025

Millimiz qələbəni son dəqiqədə əldən verdi

Qadın futbolçulardan ibarət Azərbaycan yığması UEFA Millətlər Liqasında Monteneqro ilə heç-heçəyə razılaşıb.


Manset.az xəbər verir ki, Nikşiç şəhər stadionunda baş tutan görüşdə tərəflər hərəyə 1 dəfə fərqləniblər.

Qarşılaşmada hesabı seçməmizin heyətində 54-cü dəqiqədə Manə Mollayeva açıb. Rəqib komanda məğlubiyyətdən 90+2-ci dəqiqədə qaçıb. Jasna Dokoviç penalti zərbəsini dəqiq yerinə yetirib.

Azərbaycan yığması daha əvvəl Bakıda bu rəqiblə qolsuz heç-heçə edib, ikinci oyunda isə səfərdə Litvanı 2:0 hesabı ilə üstələyib.

Yığma bu nəticələrin ardından C Liqasının 4-cü qrupunda 5 xalla ikincidir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv