"Barselona" Şensnı ilə müqavilə müddətini daha 1 il artıra bilər

08:15 - 15 Fevral 2025

\"Barselona\" Şensnı ilə müqavilə müddətini daha 1 il artıra bilər

"Barselona" qapıçısı Voytsex Şensnı ilə müqavilə müddətini daha 1 il artıra bilər.

 

Manset.az Sport.es nəşrinə istinadən xəbər verir ki, bu barədə kataloniyalıların idman direktoru Deku bildirib.

O, polşalı qolkiperin vacib oyunçu olduğunu və razılaşacağı təqdirdə sözləşmə müddətini daha 1 il uzatmağın mümkünlüyündən danışıb.

Qeyd edək ki, V.Şensnı 2024-cü ildə "Yuventus"dan (İtaliya) ayrılaraq karyerasını başa vurduğunu açıqlamışdı. Daha sonra 34 yaşlı "əlcək sahibi" ötən ilin oktyabrında "Barselona" ilə cari mövsümün sonuna qədər müqavilə imzalayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv