"Arsenal" İngiltərə Liqa Kubokunda sensasiyalı şəkildə məğlub oldu

09:31 - 06 Fevral 2025

\"Arsenal\" İngiltərə Liqa Kubokunda sensasiyalı şəkildə məğlub oldu

Londonun "Arsenal"ı hazırkı İngiltərə Liqa Kubokunu yarımfinalda "Nyukasl"a uduzaraq tərk edib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

“Sent Ceyms Park”da keçirilən görüş 2:0 hesabı ilə "Nyukasl"ın xeyrinə başa çatıb. "Nyukasl"ın yarımmüdafiəçisi Ceykob Merfi 19-cu dəqiqədə, Entoni Qordon isə 52-ci dəqiqədə qol vurublar.

Bu qarşıdurmanın ilk oyunu yanvarın 7-də"Emirates Stadium"da baş tutub - Mikel Artetanın komandası eyni hesabla məğlub olub. Beləliklə, ümumi hesabda 0:4 hesabı ilə uduzan “Arsenal” turnirdən kənarlaşdırılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv