PSJ futbolçusu "Fənərbağça"da

01:00 - 31 Yanvar 2025

PSJ futbolçusu \"Fənərbağça\"da

Türkiyənin "Fənərbağça" komandası növbəti transferini açıqlayıb.

 

Modern.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul nəhəngi Fransa təmsilçisi PSJ-dən heyətinə qatdığı Milan Şkrinyarla müqavilə imzalayıb.

 

Slovakiyalı futbolçu cari mövsümün sonunadək Superliqa klubunun formasını geyinəcək.

 

Qeyd edək ki, bu, “Fənərbağça”nın qış fasiləsində 3-cü transferidir. Klub daha əvvəl müdafiəçi Dieqo Karlos və yarımmüdafiəçi Anderson Taliskanın keçidini həll edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv