İngiltərəli hücumçu həftənin futbolçusu seçildi

21:25 - 30 Yanvar 2025

İngiltərəli hücumçu həftənin futbolçusu seçildi

İngiltərənin "Aston Villa" klubunun argentinalı hücumçusu Morqan Rodcers azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.

 

Manset.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, Liqa mərhələsinin VIII turunda "Seltik"lə (Şotlandiya) görüşdə (4:2) het-trik edərək komandasının qələbəsində əsas pay sahibi olub.

Qeyd edək ki, 22 yaşlı ingiltərəli oyunçu səsvermədə Antuan Qrizmann ("Atletiko", İspaniya), Usman Dembele (PSJ, Fransa) və Lautaro Martinezi (“İnter”, İtaliya) qabaqlayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv