"Fənərbağça"- "Atletik Bilbao" matçını kim idarə edəcək?

17:42 - 09 Dekabr 2024

\"Fənərbağça\"- \"Atletik Bilbao\" matçını kim idarə edəcək?

UEFA Avropa Liqasında "Fənərbağça" - "Atletik Bilbao" matçının hakimi bəlli olub.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Qarşılaşmada Bosniya və Herseqovina Futbol Federasiyasından İrfan Peljto fit çalacaq. Peljtonun köməkçiləri Senad İbrişimbeqoviç və Davor Beljo olacaq. Dördüncü hakim Antoni Bandiçdir.

Türkiyə təmsilçisi “Fənərbağça” 8 xalla Avropa Liqasında 15-ci pillədə qərarlaşıb. İspaniyalı rəqibi Bilbao isə 13 xalla 2-ci yerdədir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv