"Qarabağ" "Sabah"la heç-heçə etdi

20:10 - 07 Dekabr 2024

\"Qarabağ\" \"Sabah\"la heç-heçə etdi

"Qarabağ" Misli Premyer Liqasında "Sabah"la heç-heçə edib.

 

Manset.az xəbər verir ki, XVI turun ikinci oyunu "Bank Respublika Arena"da keçirilib.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

49-cu dəqiqədə meydan sahiblərindən Neqoş Kupusoviç hesabı açıb. 68-ci dəqiqədə Nəriman Axundzadə tarazlığı bərpa edib.

Rəqiblərindən bir oyun az keçirən "Qarabağ" ikinci pillədə qərarlaşıb. Paytaxt klubu 23 xalla beşinci sıradadır.

Günün ilk matçında "Araz-Naxçıvan" "Səbail"i iki cavabsız qolla üstələyib.

Qeyd edək ki, turun digər oyunları 8-9 dekabrda gerçəkləşəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv