Bu gün Avropanın yaşıl meydanlarında bir sıra maraqlı görüşlər keçiriləcək.
Manset.az xəbər verir ki, Türkiyə, İspaniya və İtaliya kuboklarında növbəti mərhələyə yüksələn komandalar bəlli olacaq.
Belə ki, Türkiyə Kubokunda "Qaziantep" - "Batman"la saat 21:30-da üz-üzə gələcək.
İspaniya Kubokunda "Kaserenyo" - "Atletiko Madrid"lə saat 22:00-da, "Konkense" isə "Real Sosyedad"la saat 00:00-da qarşılaşacaq.
Gecənin ən maraqlı görüşü isə İtaliya Kubokunda keçiriləcək. "Latsio" doğma meydanda "Napoli"ni qəbul edəcək. Qarşılaşma gecə saat 00:00-da keçiriləcək.
Qeyd edək ki, bu gecə İngiltərə Premyer Liqasında XIV tura iki görüşlə yekun vurulacaq. "Fulhem" - "Brayton"u saat 23:30-da, "Bornmut" isə "Tottenhem"i saat 00:15-də qəbul edəcək.
5 dekabr
Türkiyə Kuboku
21:30 "Qaziantep" - "Batman".
İspaniya Kuboku
22:00 "Kaserenyo" - "Atletiko Madrid";
00:00 "Konkense" - "Real Sosyedad".
İtaliya Kuboku
00:00 "Latsio" - "Napoli".
İngiltərə, Premyer Liqa, XIV tur
23:30 "Fulhem" - "Brayton";
00:15 "Bornmut" - "Tottenhem".