"Qarabağ" 1/4 finala yüksəldi

18:46 - 04 Dekabr 2024

\"Qarabağ\" 1/4 finala yüksəldi

"Qarabağ" futbol üzrə Azərbaycan Kubokunda 1/4 finala yüksəlib.

 

Manset.az xəbər verir ki, "Qarabağ" 1/8 finalda "Qəbələ" ilə qarşılaşıb.

Qəbələ şəhər stadionunda gerçəkləşən qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.

"Köhlən atlar" növbəti raundda "Səbail"lə qarşılaşacaq.

Qeyd edək ki, ötən gün "Səbail", "Araz-Naxçıvan" və "Sabah", bu gün isə "Kəpəz" 1/4 finala vəsiqə əldə ediblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv