Bakıda gənc oğlan 15-ci mərtəbədən maşının üstünə düşüb.
Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, hadisə bu gün saat 10:15-də paytaxtın Xətai rayonunda qeydə alınıb. Belə ki, gənc oğlan çoxmərtəbəli binanın 15-ci mərtəbəsindən həyətdə dayanan maşının ön şüşəsi üzərinə düşüb.
Hadisə şahidlərinin sözlərinə görə, həmin şəxs bina sakini deyil. O, hadisə yerində vəfat edib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Manset.az-a bildirilib ki, baş vermiş insidentlə bağlı araşdırma aparılır.
Hadisə yerindən görüntüləri təqdim edirik: