Azərbaycanda toya gedənlər qəzaya düşdü - Çoxlu yaralı var

14:45 - 04 İyun 2026

Azərbaycanda toya gedənlər qəzaya düşdü - Çoxlu yaralı var

Cəlilabadda yük maşınının iştirakı ilə qəza baş verib.


Manset.az xəbər verir ki, Ələt-Astara magistralında, Cəlilabad rayonunun Alar kəndinin girəcəyində qeydə alınıb.

Biləsuvar rayonu istiqamətində hərəkətdə olan "Kia" markalı minik avtomobili qarşıdan gedən və dönmə əməliyyatınını icra etmək istəyən "Zil" markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində "Zil" markalı nəqliyyat vasitəsi yol kənarına aşıb.

İlkin məlumata görə 5 nəfərə yaxın şəxs xəsarət alıb və rayon xəstəxanasına hospitalizasiya olunublar.

Qeyd edək ki, "Kia" markalı nəqliyyat vasitəsində olanlar Biləsuvar rayonuna toya getmək üçün salona gedirmişlər.

Faktla bağlı araşdırma aparılır.


Nuranə Alisoy


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az