Türkiyədə kişi dini nikahla yaşadığı qadını döydükdən sonra bıçaqlayıb.
Manset.az xarici mediaya istinadən bildirir ki, kişi qaçmazdan əvvəl qadını sağ ayağından və qolundan bıçaqlayıb.
Qadının birinci ərindən olan oğlu səs-küyə oyanıb və anasını qan içində görüb.
Dərhal polisə zəng edərək kömək istəyib. Yaralı təcili tibbi yardımla xəstəxanaya çatdırılıb.
Şübhəli şəxs hadisə yerindən qaçıb. Araşdırmalar davam edir.