İstanbulda şadlıq sarayında baş verən qanlı dava yeni evlənən cütlüyün toyunu kölgələyib.
Manset.az-ın məlumatına görə, gecə saatlarında baş verən hadisədə sərxoş olduğu iddia edilən Cuma S. ilə Cebrail Ş. və Kamal S. arasında mübahisə yaranıb. Mübahisə davaya çevrilib. Kamal S. Cuma S.-ni bıçaqlayaraq qolundan xəsarət yetirib. Cebrail Ş. mübahisəni dayandırmağa çalışarkən, o da boynundan və qolundan yüngül xəsarət alıb.
Yaralılar qonaqların köməkliyi ilə yaxınlıqdakı xəstəxanaya aparılıb. Hadisə yerinə çox sayda polis qüvvəsi cəlb olunub.